Dünya azərbaycanlılarının həmrəyliyi gününə və yeni ilə həsr edilmiş tədbir keçirildi

27.12.2018-ci il tarixində 220 nömrəli məktəb liseydə dünya azərbaycanlılarının həmrəyliyi gününə və yeni ilə həsr edilmiş möhtəşəm bir tədbir keçirildi. Tədbir Azərbaycan himni ilə açıldı. Məktəbin müxtəlif yaş kateqoriyalarından olan istedadlı şagirdləri öz çıxışları ilə tamaşaçıları valeh etdilər. Hər kəs-müəllimlər, valideynlər və şagirdlər tədbiri heyranlıqla izləyirdilər. Sonda məktəbin direktoru Lətifə Əzimova və direktor müavini Mehriban Məmmədova şagirdləri qarşıdakı əlamətdar gün və yeni il bayramı münasibəti ilə təbrik etdilər və onlara xoş diləklərini çatdırdılar. Tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə, xüsusi ilə direktor müavini Gülşən Vahidovaya və UBR Zülfiyyə müəllimə məktəb rəhbərliyi adından təşəkkür edirik.