Dekabr ayı -xarici dil aylığıdır

220 nömrəli məktəb-liseydə dekabr ayı-xarici dil aylığıdır. Xarici dil müəllimləri fənn metodbirləşmələrinin fəaliyyət planına uyğun olaraq bu ay üçün müxtəlif formatlı tədbirlər və "açıq dərs"lər nəzərdə tutublar. Bu gün bu silsilədən olan bir nümunə dərsdə iştirak etdik.Dərs 6"Ç" sinfində ingilis dili müəllimi Aygün Musayeva tərfindən təqdim edildi. Dərsin mövzusu “Ölkələr” idi. Maraqlı və əyləncəli təlim prosesinin sonunda müəllim qarşıya qoyduğu məqsədlərə nail ola bildi.