220 nömrəli məktəb-liseydə narkomaniyaya qarşı mübarizə çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirildi

14.12.2018-ci il tarixində 220 nömrəli məktəb-liseydə narkomaniyaya qarşı mübarizə çərçivəsində növbəti geniş maarifləndirmə tədbiri keçirildi.Tədbir məktəbin fəaliyyət planında nəzərdə tutulmuş addımlar əsasında reallaşdırıldı.Tədbirdə Nizami rayon İcra Hakimiyyəti aparatının ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhmən Hüseynov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin baş metodisti Tahirə Qədimova, Nizami Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova, 24-cü Polis Bölməsinin rəisi, polis polkovnik leytenantı Cövdət Məmmədov və məktəbin direktoru Lətifə Əzimova mövzu ilə əlaqədar maraqlı çıxışlar etdilər.Şagirdlər narkomaniyanın fəsadlarını əks etdirən video materiallar izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi