Şəxsi peşəkar keyfiyyətləri necə inkişaf etdirməli

Bu gün 220 nömrəli məktəb-liseydə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidməti idarəsi tərəfindən yuxarı sinif şagirdləri ilə görüş keçirildi. Görüş şəxsi peşəkar keyfiyyərlərin inkişafına həsr edilmışdi. Şagirdlərimiz diskusiyada fəal iştirak etdilər. Onları maraqlandıran sualları qonaqlara ünvanladılar. Gələn mütəxəsislər şagirdlərə ətraflı məlumat verdilər. Görüşdə müəllimlər, məktəb psixoloqu və məktəb rəhbərliyi də iştirak edirdilər.