İbtidai siniflərdə" açıq dərs"lər davam edir

220 nömrəli məktəb-liseyin fəaliyyət planına əsasən məktəb rəhbərliyinin və fənn müəllimlərinin "açıq dərs"lərdə iştirakı davam edir. Bu gün növbəti dərs 3"B" sinfində keçirildi. Dərs həyat bilgisi fənindən, «Fəsillərin yaranması” mövzusu idi. Dərsi ibtidai sinif müəllimi Ramılə Quliyeva təqdim edirdi. Dərs maraqlı təşkil edilmişdi. Fəal dərsin bütün mərhələləri növbəli şəkildə əvəzləndi. Tədqiqat sualı maraqlı və araşdırmaya, tədqiqata sövqedici idi. İş vərəqləri cəlbedici və yaradıcı idi. Şagirdlər fəal idilər.Müxtəlif təlim formalarından və məqsədə müvafiq təlim üsullardan istifadə edildi. Müəllimə və şagirdlərimizə rəhbərlik adından təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi