IX siniflərdə monitorinqlər uğurla yekunlaşdı

04.12.2018- ci il tarixində 220 nömrəli məktəbdə illik fəaliyyət planına əsasən IX siniflərin buraxılış imtahanına hazırlıq səviyyəsinin yoxlanılması məqsədi ilə yeni qaydalara uyğun tərtib edilmiş yoxlama tapşırıqları əsasında monitorinq keçirildi. Monitorinq ana dili, riyaziyyat və xarici dil fənləri üzrə oldu. Hər üç fəndən suallar açıq və qapalı formatda idi. Xarici dil fənni üzrə tərtib edilmiş tapşırıqlar 3 məzmun xəttini- dinləyib-anlama, oxu və yazı məzmun xətlərinin reallaşma səviyyəsini yoxlayırdı.