Monitorinqlərə start verdik

220 nömrəli məktəb-liseyin fəaliyyət planina əsasən 01.11.2018-ci il tarixində monitorinqlərin keçirilməsi üçün təşkil edilmiş komissiya təxminən bir aylıq gərgin iş sayəsində 2-11-ci sinifləri əhatə edəcək monitorinq suallarını və keçirilmə qrafikini hazırlayıb yekunlaşdırdı. Bu gündən etibarən 5-ci siniflərlə işimizə start verdik.İmtahan əsasən 3 fənnin: ana dili, riyaziyyat və ingilis dilinin əsasında təşkil edilib.Suallar 4 səviyyədə,4 variantda olmaqla açıq və qapalı formatda müəyyənləşdirilib.Monitorinq məktəbin akt zalında , öncədən qrafiklə müəyyənləşdirilmiş nəzarətçilərin köməyi ilə həyata keçiriləcək.Məktəb rəhbərliyi monitorinqlərin şəfaf və obyektiv keçirilməsi üçün prosesə birbaşa nəzarət edir.