Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq - öz yurduma öz hakimliyim.

"9 noyabr-Bayraq günü"nə həsr etdiyimiz silsilə tədbirlərimiz davam edir.1g, 2e, 3c, 3f, 3h, 4a, 4d, 4ə siniflərində şagirdlərin yüksək səviyyəli təqdimatları oldu.Vətənpərvərlik mövzusunda mahnılar, şeirlər,səsləndirilən ibrətamiz kəlamlar,səhnəciklər, rəngarəng slaydlar dinləyicilərdə xoş təəssürat yaratdı.Şagirdlərimizin milli dəyərlərimizə , dövlət rəmzlərimizə göstərdikləri hörmət və məhəbbəti, vətən, yurd sevgiləri və belə bir vətənpərvər ruhda böyüməkləri bizi olduqca məmnun edir.