Ötən tədris ilində fənn müsabiqələrində qalib gəlmiş şagirdlərimiz təltif edildilər

01.11.2018-ci il tarixində 20 nömrəli məktəbdə 2017-2018-ci tədris ilində keçirilmiş MƏKTƏBLİLƏRARASI İV FƏNN MÜSABİQƏLƏRİNDƏ qalib gəlmiş şagidlərin mükafatlandırılması tədbiri oldu.Tədbirdə 220 nömrəli məktəb-liseyin də ötən il qalib olmuş 2 şagirdi iştirak edirdi. Şagirdlərimiz-7r sinif şagirdi Əfəndiyev Fərid və 8z sinif şagirdi Süleymanlı Sabir öz fənn müəllimləri- riyaziyyat müəllimi Səmədova Gülbəniz və fizika müəllimi İbrahimova Cəmilə ilə birgə tədbirə qatılmışdılar.Tədbirdə nazir müavini Məhəbbət Vəliyeva, Təhsil İnstitutunun əməkdaşları, millət vəkilləri və digər məsul şəxslər iştirak edirdilər.Şagirdlərimizin uğurları bizim sabah üçün stimulumuzdur. Müəllimlərimizi və şagirdlərimizi məktəb rəhbərliyi adından ürəkdən təbrik edirik!