Məktəbimizdə " Uğur" mövzusunda TED keçirildi.

Bu gün məktəbimizdə İX sinif şagirdlərinin iştirakı ilə çox maraqlı bir TED keçirildi. TED-in mövzusu "Uğur" idi.Şagirdlərin sıralarından seçilmiş spikerlər rəngarəng,ədəbi,fəlsəfi təqdimatlat etdilər.TED-də məktəbin direktoru Lətifə Əzimova, direktor müavinləri Mehriban Məmmədova, Taliyə Mirzəliyeva, Gülşən Vahidova, məktəbin psixoloqu Gülbəniz İsmayılova da iştirak edirdilər.Başda Xanım Qasımova olmaqla TED-in ərsəyə gəlməsində məktəbin ana dili və ədəbiyyat müəllimlərinin böyük xidməti olmuşdur.Şagird çıxışlarını dinlədikcə müəllimlərin simalarında çəkdikləri zəhmətin bəhrəsini görən insanın duyduğu məmnuniyyətin işığı sezilirdi.Bu gün biz bir daha əmin olduq ki, artıq "Yaddaş" məktəbindən " Təfəkkür" məktəbinə keçməyi bacarmışıq.