Mütaliə bizim mənəvi inkişafımızdır

02.11.2018-ci il tarixində 220 nömrəli məktəb-liseyin kitabxanasında 7c sinif şagirdlərinin təqdimatında "Mütaliə bizim mənəvi inkişafımızdır" adlı dəyirmi masa keçirildi. Dəyirmi masanı məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xanım Qasımova təşkil etmişdir. Müzakirələrdə məktəbin direktoru Lətifə Əzimova və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mehriban Məmmədova da iştirak edirdilər. Şagirdlərin hər biri həftə ərzində mütaliə etdikləri hər hansı bir əsər haqqında qısaca məlumat verdilər.Öz seçimlərinin nə üçün bu əsər olduğunu, əsərin onların mənəvi dünyasında nə kimi iz buraxdığını, personajların hansı  müsbət xüsusiyyətlərini bəyəndiklərini və s şagirdlər öz təqdimatlarında əsaslandırdılar. Hətta "Mən yazıçının yerində olsaydım bu əsəri  bu cür deyil, bax bu cür sonlandırardım " deyib, yeni bir epilloq yazanlar belə var idi. Müzakirə məhsuldar və maraqlı oldu.Xanım müəllim diskussiyanın istiqamətinə düzgün fasilitatorluq etməyi uğurlu bir şəkildə həyata keçirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi