Təhsil İnstitutunun əməkdaşları məktəbimizdə oldular

05.11.2018-ci il tarixində Təhsil İnstitutunun əməkdaşları Qasımova Aysel və Məmmədova Müşərrəf 220 nömrəli məktəb-liseydə oldular.Görüşün məqsədi Azərbaycan Respublikasında inkluziv təhsilin tətbiq olunduğu 5 məktəbdən biri olan liseyimizdə əqli və fiziki çatışmazlıqları olan şagirdlərə təhsil verən müəllimlərlə mövcüd vəziyyətin müzakirəsi idi.Görüş dəyirmi masa ətrafında keçirildi.Müzakirələrdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Mehriban Məmmədova və Taliyə Mirzəliyeva da iştirak edirdilər.Məhsuldar fikir mübadiləsi aparıldı.İnkluziv təhsilə cəlb edilmiş 14 şagirdin təlim-tərbiyəsi ilə məşğul olan 7 müəllim və 2 deffektoloq gələn qonaqlara qazanılmış təcrübədən yola çıxaraq inkluziv təhsilin uğurları və problemləri barədə məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi