Məktəbəqədər hazırlıq qruplarında monitorinqlər keçirdik.

220 nömrəli məktəb-liseydə 2018-2019-cu tədris ili üçün nəzərdə tutulmuş 6 məktəbəqədər hazırlıq qrupu fəaliyyət göstərir. Məktəbin bu tədris ili üçün qəbul edilmiş fəaliyyət planına əsasən məktəb rəhbərliyi bu qruplarda tədrisin vəziyyətini yoxlamaq üçün tez-tez baxışlar keçirir. Növbəti baxış zamanı uşaqların yüksək motivasiyası və öyrənmək həvəsi, müəllimlərin xüsusi diqqəti və qayğısı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Mehriban Məmmədova və Taliyyə Mirzəliyevanın diqqətlərindən yayınmadı. Körpə fidanlarımıza yenicə qədəm qoyduqları bu təhsil yolunda uğurlar arzulayırıq.