20 Yanvar hadisələrindən 26 il keçir. Məktəbimiz bu səhər sıraya toplaşarkən bu günü hər il olduğu kimi yad etdi. Tədbiri məktəbin direktoru Nərminə Ağayeva açaraq şəhidlərimizin əziz xatirəsini yad etdi. Sonra tarix müəlliməsi Şərəf Əliyeva 20 Yanvar hadisələrinin tarixi haqqında məruzə etdi. Şagirdlərimizin ifasında kompazisiya göstərildi. Həmçinin Azərbaycan dili və ədəbiyyat müəlliməmiz Xanım Qasımova akt zalında şəhidləri unutmamaq naminə tədbir keçirdi. Tədbirin sonunda Vahid Mustafayevin "Qanlı Yanvar" filmi nümayiş etdirildi. Allah şəhidlərimizə rəhmət etsin! Ruhları şad olsun!