Hər məktəbdə Cümhuriyyət İşığı

“Hər məktəbdə Cümhuriyyət İşığı” eTwinning layihəsi çərçivəsində məktəbimizin ingilis dili müəllimi Ofeliya Qafarova və tarix müəllimi Şərəf Əliyeva 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədər 9R və 7z siniflərində tədbir keçirilmişdir. Tədbir 9R sinif şagirdi Sevinc Rzayevanın “Azadlığın şirinliyi” mövzusunda TEDi ilə başlamışdı. Sonra 9R sinfinin şagirdləri E.Məmmədli, A.Nəsirli,M. Qədimov, Y.Əlizadə, M.Əfəndiyev AXC-nın parlamentinin iclasından hazırladıqları səhnəciyi nümayiş etdirmişlər. Ə.Nazilə tədbirin gedişində M.Ə.Rəsulzadənin portretini çəkmişdir. E.Məmmədli AXC-nın qurucuları haqqında elektron dərs (təqdimat) hazırlamışdı. Qızlar isə şərqdə ilk dəfə səsvermə hüququ aldıqlarına görə öz sevinclərini "Yaşa Azərbaycan" mahnısı ilə bildirmişlər. E.Abdullayev və A.Əsgərov S.Mehmandarov və Ə.Şıxlınski rolunu məharətlə canlandırmışlar.
7z sinfinin şagirdləri Cümhuriyyətin yaradıcıları haqqında divar qəzeti və ingilis dilində təqdimat hazırlamışdılar.