Hər gün Yer kürəsi günü

Bizim yaşadığımız dünya çox gözəldir. O həm əsrarəngiz, həm də və maraqlıdır. Biz zəngin və füsunkar bitkilər aləminin, vəhşi heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysız-hesabsız canlıların əhatəsindəyik. Biz təbiətin kiçik bir parçasıyıq. Yaşayışımız da, sağlamlığımız da onunla bağlıdır.
22 aprel Beynəlxalq Yer kürəsi günüdür. Bu münasibətlə ibtidai sinif şagirdləri “Hər gün Yer kürəsi günü olsun” adı altında layihə həyata keçirdilər. Kiçik fidanlar qrup şəklində maraqlı təqdimatlarını etdikdən sonra məktəbin həyətyanı sahəsində “Hərəyə bir gül əkək” şüarı altında rəngarəng güllər əkdilər.