Elim mənim, dilim mənim

21 aprel 2018-ci il Nizami rayonu 220 nömrəli məktəb-liseydə “Elim mənim, dilim mənim” mövzusunda böyük tədbir keçirildi. Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirə Bakı şəhər Təhsil İdarəsindən, Nizami rayon İcra Hakimiyyətindən, AMEA-dan və ali təhsil müəssisələrindən bir çox qonaq dəvət olunmuşdu. Qonaqlar özlərini nağıllar dünyasında hiss etdilər. Şagirdlərin ifasında mövzuya uyğun teatr səhnələri, muğam ifası, sənətkarların təqdimi, eləcə də bütün bunları müşaiət edən lirik ssenari və müsiqilər qonaqları heyran etdi. Tədbirin sonunda məktəbin direktoru T.Mirzəliyev tədbirdə iştirak etdikləri üçün qonaqlara kollektiv adından təşəkkür etdi. Ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, professor Akif Hüseynli, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Nizami rayonu İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyevdə öz növbəsində çıxış edərək bu tədbirdən hədsiz zövq aldıqlarını bildirdilər.