Məktəbimiz “eTwinning school” mükafatına layiq görülmüşdür

Azərbaycan üzrə 6 məktəb “eTwinning school” 2 mərhələli müsabiqəsində qalib olaraq mükafata layiq görüşlmüşdür. Mükafata layiq görülmüş məktəblər rəqəmsal təhlükəsizlik, tədris prosesində innovativ və yaradıcı yanaşma, pedaqoji heyətin professional inkişafına dəstək, müəllim və şagirdlərin birgə öyrənmə təcrübələri sahələrində lider hesab edilir.
Mükafat ayrı-ayrı müəllimlərin deyil, məktəbin ümumi nailiyyəti hesab edilir.
Xatırladaq ki, müsabiqə 2017-ci ildə eTwinning mərkəzi tərəfindən elan olunmuşdur. Məqsədi məktəblərin kollektiv şəklində eTwinning üzrə göstərdikləri fəaliyyətlərini qiymətləndirmək olan müsabiqəyə ümumilikdə 2600 məktəb qoşulmuşdur.