“Coca-Cola Məktəbli kuboku”nda I yer
"Coca-Cola" şirkəti, AFFA və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə "School Cup" ("Məktəbli Kuboku") turniri keçirilir. Turnirdə Azərbaycanın 74 şəhər və rayonundan olan 2000-dən artıq məktəbin VII və IX siniflərdə təhsil alan şagirdlərdən ibarət komandalar iştirak edir.
16 aprel 2018-ci il tarixdə Nizami rayonu üzrə “Coca-Cola Məktəbli Kuboku”nun final oyunu keçirilmişdir. 220 nömrəli məktəb-liseyin komandası qrup mərhələsində 229, 277, 12 nömrəli məktəblərə qalib gələrək final mərhələsinə yüksəlmişlər. Final mərhələsində məktəbimizi təmsil edən komanda rəqib komandaya 10-1 hesabı ilə qalib gələrək, 1-ci yerə layiq görülmüşdür. Şagirdlərimizi təbrik edir, onlara növbəti yarışlarda da uğurlar arzu edirik.