20 Yanvar şəhidlərinin anım günü

Məktəbimizdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi anıldı.  Tədbiri məktəbin direktoru T.Mirzəliyev açaraq 20 Yanvar hadisələri ilə bağlı danışdı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tarix müəllimi Şərəf Əliyeva öz çıxışında 20 Yanvar hadisələri haqqında geniş məlumat verdi. Şagirdlər şəhidlərə həsr olunmuş şeirlər söylədilər.

“Qanlı yanvar” mövzusunda keçirilən müsabiqədə qalib olmuş rəsm əsərlərinin sərgisi böyük maraqla qarşılandı.

Bu tarixi günlə əlaqədar 1F sinfinin müəllimi Qərənfil Quliyeva öz şagirdləri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət etmişlər. Bu işdə valideynlərində böyük köməkliyi olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi