Şagirdlərin yaddaşına yazılan Rafiq Yusifoğlu xatirəsi

Şair, yazıçı, tənqidçi, “Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğlu məktəbimizin fəxri qonağı olmuşdur. Şairlə görüş 2H sinfinin müəllimi Məmmədova Firdanə və şagirdlərin təşəbbüsü ilə həyata keçirilmişdir.
Görüşün əsas məqsədi dərsliklərdə bir sıra şeir və hekayələrini oxuyub öyrəndikləri şairi görmək, onunla canlı ünsiyyət yaratmaq olmuşdur.
Şagirdlər onları maraqlandıran suallarla şairə müraciət etmiş, Rafiq müəllim isə geniş şəkildə cavablandırmışdır. Şairin özü, müəllim və şagirdlər tərəfindən söylənilən şeirlər əsl poeziya gecəsini xatirladırdı. “Gülüşün rəngi” adlı hekayəsi isə şagirdlər tərəfindən səhnələşdirilmişdir.
Bu görüş məktəbimizin müəllim və şagird kollektivinin yaddaşında xoş xatirəyə çevrilmişdir.