“TOPs” layihəsi çərçivəsində “açıq dərs” təşkil edilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkil etdiyi "TOPs - fiziki tərbiyə sahəsində müasir təhsil texnologiyalarının yaradılması" layihəsinin 4-cü mövsümündə Nizami rayonu 220 nömrəli məktəb-liseydə fiziki tərbiyə müəllimi Gulyana Özcan tərəfindən “Açıq dərs” keçirilmişdir. 

"Açıq dərs"də iştirak edən layihə rəhbəri Vəli Musayev bildirmişdir ki, artıq 4-cü ildir ki, həyata keçirilən proqram ilk illərdə pilot layihə kimi 3 məktəbi əhatə etsə də, artıq məktəblərin ümumilikdə sayı 150-yə çatmışdır. Layihə çərçivəsində ümumtəhsil məktəblərində fiziki tərbiyə fənninin tədris metodikası təkmilləşdirilmiş və ölkənin bütün təhsil ocaqlarında tətbiq oluna biləcək fəal təlim metodu hazırlanmışdır. İnklüziv məktəblərdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqlar da bu proqrama qoşularaq fəal idmanla məşğul olmaq, həmyaşıdları ilə birgə yarışmaq imkanı qazanmışlar.

Dərsdən sonra “British Council” təşkilatının regional direktoru  Richard Everitt və “British Council” təşkilatından olan digər nümayəndələr 220 nömrəli məktəb-liseyin rəhbərliyi və açıq dərsdə iştirak etmiş fiziki tərbiyə müəllimləri ilə görüşərək “Açıq dərs” və ümumilikdə layihənin müxtəlif istiqamətləri və faydası haqqında ətraflı müzakirə aparmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi