“eTwinning Plus” layihəsi

“eTwinning Plus” layihəsi çərçivəsində, 9-10 dekabr 2017-ci il tarixdə, Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin təşəbbüsü ilə 220 nömrəli məktəb-liseyin müəllimi, layihənin səfiri Ofeliya Qafarova tərəfindən təlim keçirilmişdir.
Yeni qoşulmuş “etwinner”lər 220 nömrəli məktəb-lisey, 6 nömrəli məktəb-lisey, 16 nömrəli texniki-humanitar lisey, 177 nömrəli tam orta məktəb, MLK və 258 nömrəli tam orta məktəbin müəllimlərdirlər .
Təlim çərçivəsində müəllimlər “eTwinning Portal”dan və “eTwinning Live” hesablarından istifadə qaydalarının yollarını öyrənmiş, həmçinin yeni təhsil layihələrinə qoşulmuşlar.