“Peşə Profilinin Müəyyənləşdirilməsi” layihəsi uğurla davam edir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsinə Ərəstun Mahmudov adına 220 saylı məktəb-lisey tərəfindən təqdim olunmuş “Peşə Profilinin Müəyyənləşdirilməsi” layihəsi icrasını uğurla davam etdirir.

Layihə Bakı şəhəri üzrə 15 orta məktəbi və ümumilikdə 1500 nəfərdən çox şagirdi əhatə edir. Layihənin məqsədi məktəblilərin müasir metodika, psixoloji diaqnostika və texnikalarla bilik və bacarıqlarının öyrənilməsi, düzgün istiqamət göstərilərək yuxarı sinif şagirdlərinə dərk edilmiş şəkildə peşə seçimi etməyə kömək,  psixoloji hazırlıq üçün şərait yaratmaq, öz gələcəyi, peşəkar karyerasını planlaşdırmaq üçün səriştələrin formalaşdırılmışdir.

Layihə məktəblilərin gələcək peşə seçimi istiqamətində yeni ənənənin əsasını qoyacaq. 22 sentyabr-22 dekabr tarixlərini əhatə edən layihənin ilkin mərhələsi uğurla yekunlaşmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi