220 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Beynəlxalq tədbirdə iştirka etmişdir

220 nömrəli məktəb-liseyin ingilis dili müəllimi, “eTwinning Plus” layihəsi üzrə Azərbaycandan seçilmiş səfir-ambassador Ofeliya Qafarova Təhsil Nazirliyinin dəstəyi ilə 2-4 noyabr 2017-ci il tarixlərində Böyük Britaniyanın Bristol şəhərində keçirilmiş “Peşəkar İnkişaf Təlimi”ndə iştrak etmişdir. Qeyd edək ki, bu təlimdə 30 Avropa ölkəsindən olan səfirlərlə və Tərəfdaşa Dəstək Agentliklərinin nümayəndələri ilə təcrübə mübadiləsi aparılmış, yeni layihələrin başlanğıcı üçün əlaqələr yaradılmışdır. Azərbaycandan olan nümayəndələr təhsil layihələrimizi və mədəniyyətimizi yüksək səviyyədə təmsil etmişlər.