Bizim bayrağımız qürür mənbəyimizdir

1G sinfinin şagirdləri Bayraq Gününü təntənəli şəkildə qeyd etmişlər. Öncə Dövlət Himni səslənmişdir. Sonra şagirdlər əllərində tutduqları bayrağın rənglərinin “Türkçülük, müasirlik, islam” anlayışlarını ifadə etdiklərini bildirmişlər. Şagirdlərə Milli bayrağımız haqqında geniş məlumat verilmişdir. Üç rəng düsturunun müəllifinin görkəmli Azərbaycan mütəfəkkiri Əlibəy Hüseyn-zadə olduğunu, şanlı bayrağımızın ilk dəfə 1918-ci ilin noyabrin 9-da rəsmi olaraq qəbul edildiyini öyrənmişlər. M.Ə.Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz!” kəlamını təkrarlamışrlar. Şagirdlərə Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik edərkən üçrəngli bayrağımızın yenidən rəsmi bayraq olaraq qəbul edildiyi barədə məlumat verilmişdir. Şagirdlər bayrağa aid gözəl seirlər söylədilər.

Daha sonra sinif rəhbəri Elza Bağırzadə: “Bayraq, gerb və himn hər bir ölkənin rəsmi dövlət atributları sayılır. Üçrəngli bayrağımız müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir. Bunu özünə müqəddəs borc kimi qəbul edir. Bir vətəndaş, bir müəllim kimi mən də özümə borc bilirəm ki, şagirdlərimdə milli bayrağımıza qarşı hörmət və sevgi hisləri aşılayam. Şagirdlərimə öz uğurları ilə üç rəngli Azərbaycan bayrağını zirvələrə ucaltmaqlarını arzu edirəm”, - əlavə etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi