Bayraq bayramı günü 2 H sinfində

Dərs tədbir şəklində qeyd edildi. Dərsin açılışı Müslüm Maqomayevin ifa etdiyi "Azərbaycan" mahnısı ilə başladı. Şagirdlər himnimizi oxuyaraq bayram təbriki söylədilər. Daha sonra bayrağın yaradılma tarixi, bayraq meydanındakı bayrağın ölçüləri haqqında məlumat verərək Azərbaycan Bayrağına həsr olunmuş şeirlər söylədilər, səhnəciklər nümayiş etdirdilər. Sinif rəhbəri Firdanə Məmmədova şagirdləri bayram münasibətilə təbrik etdi. Tədbir "Azərbaycan" mahnısı ilə sona çatdı. Dərsdə iştirak edən müəllimlər şagirdləri gözəl çıxışlarına görə təbrik etdilər.