Basketbol yarışının qalibləri mükafatlandırıldı

Məlumat üçün bildirək ki, "Olimpiya Hərəkatı-2017” məktəblilərin kütləvi idman proqramının əsas məqsədi Qlobal "Olimpiya Hərəkatı” platformasından istifadə etməklə məktəblilər arasında Olimpiya dəyərlərini təbliğ edərək məktəb və şəhər yarışları keçirməklə şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etməkdir. “Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-2017”) idman proqramı çərçivəsində məktəblilərin respublika birinciliyində məktəblilər 5 idman növü–voleybol, basketbol, badminton, velosiped yarışı və atletika üzrə yarışıblar. Bakı şəhəri üzrə 12 rayondan 60 məktəbin komandası qalibiyyət uğrunda mübarizə aparıb. 220 nömrəli məktəb-liseyin komandası idman müəllimi Orxan Hacıyevin rəhbərliyi altında Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və “Coca–Cola” şirkəti tərəfindən keçirilən məktəblilərin Olimpiya hərəkatı Respublika finalında basketbol yarışı üzrə I yerin qalibi olmuşdular. Bu münasibətlə Milli Olimpiya Komitəsinin nümayəndəsi Vaqif Əliyev tərəfindən qaliblər qiymətli hədiyyələrlə təltif edildilər. Komandamızı ürəkdən təbrik edirik və gələcəkdə ölkə millimizin tərkibində olimpiya qalibləri olmalarını arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi