Bu gün "Beynəlxalq sülh günü"dür

21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib. Bu gün Beynəlxalq Sülh Günü 2c sinfində də qeyd olundu. Sinif rəhbəri Mətanət Abdullayeva sülh mövzusunun bu gün torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini söylədi. Şagirdlər sülhə aid mahnı oxuyub, şeirlər söylədilər. Dinlədiklərindən bəhrələnib "Xoşbəxt gələcək" mövzusunda rəsmlər çəkdilər. Günəş ərtafında rəngli əllərlə dostluğu, birliyi nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi