15 Sentyabr-"Bilik günü" qeyd edildi

15 Sentyabr respublikanın bütün təhsil müəssisələrində olduğu kimi məktəbimizdə də “Bilik Günü” təntənəli şəkildə qeyd edildi. Tədbir Azərbaycan Respublikası himninin sədaları ilə başladı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru məktəbə ilk dəfə qədəm basan birinciləri, onların valideynləri, bütün müəllim və şagird kollektivini yeni dərs ili müasibətilə təbrik etdi. Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən 2017-2018-ci tədris ilinin "ümumi təhsildə keyfiyyət ili" elan olunması tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Builki "Bilik günü" həm də onunla fərqlənirdi ki, işğaldan azad olunan torpaqlarımızda da ilk dərs günü qeyd edildi. Artıq bu gündən etibarən Cocuq Mərcanlıda da şagird səsi, müəllim nəfəsi duyulacaq. Məktəbimizdə ilk dərslər "Ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri"nin icrası məqsədi ilə “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olundu . Dərslərdə müəllimlərimiz şagirdlərə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və buraya hazırda digər bölgələrdə məskunlaşmış yerli əhalinin köçürülməsindən , qısa müddət ərzində həmin kənddə yaşayış evlərinin, təhsil və rabitə, ticarət obyektlərinin inşası, müasir yol infrastrukturunun qurulmasından danışmış, maraqlı slaydlar və video çarxlar nümayiş edilmişdi. "BİLİK GÜNÜNÜZ MÜBARƏK!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi