Məzunumuz qızıl medala layiq görüldü

Təhsil Naziri Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 25-i qızıl, 3-ü gümüş medala layiq görülüb. Onlar ümumi təhsildəki xüsusi nailiyyətləri və 2016-2017-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq qızıl və gümüş medalla təltif ediliblər. Sevindirici haldır ki, 25 nəfərdən biri də məktəbimizin məzunu Səlimov Kamal Camalatdin oğlu qızıl medala layiq görülmüşdür. Bu münasibətlə Kamalı bütün müəllim və şagird kollektivimiz adından təbrik edirik və gələcək həyatında uğurlar arzulayırıq. Nəzərinizə çatdırırıq ki, Kamal olimpiadada uğur qazanmış, qəbul imtahanlarında yüksək nəticə göstərərək 680 bal toplamışdır. Təbriklər Kamal!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi