Fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması

İyulun 7-də Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, millət vəkilləri, Təhsil İnstitutunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və yerli təhsili idarəetmə qurumlarının əməkdaşları, Respublika fənn müsabiqəsinin, beynəlxalq olimpiadaların qalibləri, təhsil ekspertləri iştirak edib. Məktəbimizin VII sinif şagirdi Məmmədova Nərmin qaliblər sırasında idi. O, informatika fənni üzrə birinci yerin qalibi olaraq kubok və medalla təltif olunmuşdur. Bununla yanaşı Yunusov Fuad fizika fənni üzrə, Əliyeva Nurlana isə biologiya fənni üzrə III yerə layiq görülmüşlər. Şagirdlərimizi bir daha ürəkdən təbrik edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi