Ekoloji aylıqlar layihəsindəki uğurlarımız

Bildiyiniz kimi BŞT-ninİ 2016-2017-ci tədris ili ərzində “Təhsili dəyərə çevirək” devizi altında həyata keçirdiyi layihələrdən biri də “Ekoloji aylıqlar” layihəsi idi. Nəzərinizə çatdıraq ki, layihəyə artıq yekun vurulub və layihədə məktəbimiz yüksək səviyyədə iştirak edərək uğurlara imza atmışdır. Belə ki, məktəbimiz iki dəfə "Ayın tədqiqatçı bioloqlar məktəbi" və "Ayın ən sağlam məktəbi" nominasiyaları üzrə I yerə, bir dəfə isə "Ayın ən təmiz məktəbi" nominasiyası üzrə II yerə layiq görülmüşdür. Təbii ki, bu uğurun arxasında məktəbimizin şagird və müəllim kollektivinin böyük zəhməti durur. Bu işdə valideynlərin dəstəyi də danılmazdır. Bütün bunlarla yanaşı ən böyük təşəkkür məktəbimizin biologiya müəllimi Aynurə Məhərrəmovaya düşür. O , bu layihədə məsul şəxs olaraq bütün kollektivin yüksək səviyyədə iştirakını təmin etmişdir. Onun bu fəaliyyəti rəhbərlik tərəfindən də yüksək qiymətləndirilmişdir. Belə ki, Aynurə Məhərrəmova bu uğurlu fəaliyyətinə görə məktəb rəhbərliyinə təşəkkürnamə təltif etmişdir. Bu layihədə iştirak edən bütün kollektivimizə təşəkkür edir və onları bir daha ürəkdən təbrik edirik. Hər zaman hər yerdə birinci olasınız.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi