Qəbələdə keçirilən yarışın qalibi olduq

İyulun 1-də Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNİCEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilmiş "Gənc xilasedici" V Beynəlxalq yarışına və "Gənc xilasedici və yanğınsöndürən" VI Ümumrespublika birinciliyinə yekun vurulub.Yekun tədbirlərdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov iştirak edib.Qeyd edək ki, komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar.Beynəlxalq yarışda I yeri Azərbaycan, II yeri Gürcüstan, III yeri isə Rusiya Federasiyası və Belarus komandaları tutub. Ümumrespublika birinciliyində isə I yerə Bakı şəhəri 220 nömrəli, II yerə Mingəçevir şəhəri 13 nömrəli, III yerə isə Sumqayıt şəhəri 9 nömrəli tam orta məktəblərin komandaları layiq görülübSİziinlə qürur duyur və ürəkdən təbrik edirik
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi