Təhsil Naziri təhsildə fərqlənən məzunlarla görüşüb

İyunun 14-də təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseydə təhsildə müvəffəqiyyətləri ilə fərqlənən məzunlarla görüşüb.Görüşdə Respublika və beynəlxalq fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların qalibləri, müəllim və direktorlar iştirak edib. Qürurla qeyd etməliyik ki, görüşdə məktəbimizin məzunları Səlimov Kamal və Əliyeva Xalidə də iştirak edib.Təhsil naziri Mikayıl Cabbarov məzunları təhsillərini uğurla başa vurmaları münasibətilə təbrik edib və onlara yeni-yeni nailiyyətlər arzulayıb.Mikayıl Cabbarov məzunlarla söhbət edib, gələcək planları ilə maraqlanıb və onların suallarını cavablandırıb.Görüşdə məzunlara təşəkkürnamələr təqdim edilib, xatirə fotoşəkli çəkilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi