“Ayın ən sağlam məktəbi” nominasiyasının qalibi olduq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində ötən ayın qalibləri məlum olub.“Sağlam həyat tərzi” mövzusu üzrə Bakı şəhərindəki ümumi təhsil məktəblərinin fəaliyyəti təhlil edilib və müvafiq meyarlar üzrə “Ayın ən sağlam məktəbi” nominasiyasında 149, 220, 246, 283 nömrəli məktəblər I, 46, 102, 156, 201 nömrəli məktəblər II, 82, 144, 191, 206 nömrəli məktəblər III yerə layiq görülüblər.Layihə üzrə müəyyənləşdirilmiş mövzuların reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.Məktəbinizin müəllim və şagird kollektivi tərəfindən “Sağlam həyat tərzi” mövzusunda elmi konfrans, müsabiqə, yarış, yürüş “Açıq dərs” və sərgilər keçirilib, araşdırmalar aparılıb. Həmçinin, şagirdlərimizin IV İslam Həmrəyliyi oyunları çərçivəsində tanınmış idmançılarla görüşləri təşkil olunub. Qalibiyyət münasibətilə bütün kollektivimizi təbrik edirik və gələcək fəaliyyətlərində uğurlar arzu edirik
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi