Beynəlxalq Ekoloji Gənclər Forumunda məktəbimizin iştirakı

2017-ci ilin 29 may- 2 iyun Rusiya Federasiyasının Xanti-Mansiyk şəhərində RF-nın YUNESKO üzrə Komissiyası və Xanti-Mansiysk Muxtar Dairəsinin Hökumətinin birgə təşkilatçılığı ilə "Xilas etmək və qorumaq" beynəlxalq ekoloji aksiyası çərçıvəsində "Bir planet-ümumi gələcək" mövzusunda Beynəlxalq Ekoloji Gənclər Forumu keçirilmişdir.Yunesko Assosiativ Məktəblər şəbəkəsinə daxil olan Azərbaycan məktəbi Ə. Mahmudov adına 220 saylı məktəb liseyin ingilis dili müəllimi Qafarova Ofeliya Kamal qızı və 6-cı sinif şagirdi Zülfüqarov Hüseyn Tural oğlu Beynəlxalq Ekoloji Gənclər Forumunda iştrak etməyə dəvət olunmuşdular.220 sayli məktəb-liseyin şagirdi Zülfüqarov Hüseyn “ Forumun ən fəal iştrakçısı” nominasiyasında qalib seçilmişdir diplom və mükafatla təltif edilmişdir."Bir Planet-Ümumi Gələcək" Ekoloji Forumunun ən gənc iştirakçısı olan Zülfüqarov Hüseyn ( 12 yaş) "Planetin Təbii ehtiyatların qorunması" layihəsini müdafiə etmişdir. Layihə Azərbaycanda olan su hövzələrinin, xüsusilə Xəzər dənizinin çirklənmə səbəbləri və şagirdlərin bu problemi həlli yollarını və nəticələri haqqında idi. Layihə ekoloji forumun mövzu və məqsədlərini əhatə edirdi.Azərbaycan heyətini təmsil edən 220 saylı məktəb-liseyin müəllim və şagirdi, yaradıcı təqdimat müsabiqəsində “Uzundərə” rəqsini təqdim etmişdilər və nəticədə forumun xüsusi diplomu ilə təltif olunmuşdular.