Biz sağlamıq bəs siz
Bildiyiniz kimi Bakı Şəhəri Təhsil İdarəsi "Təhsili dəyərə çevirək" devizi altında Ekoloji aylıqlar layihəsi keçirir. May ayı Sağlam həyat tərzi movzusuna həsr olunub. Bu məqsədlə 28.05.2017-ci il tarixində- Azərbaycan Cümhuriyyətinin yaranmasının 99-cu ildönümündə məktəbimizin şagird və müəllim kollektivi "Biz sağlamıq bəs siz?" şüarı altında yürüş keçirtdilər. Yürüş Nizami rayonu ərazisini əhatə etmişdir. İştirakçıların əhlükəsizliyini təmin edən və bizə dəstək olan Nizami rayonu İcra hakimiyyətinə, Nizami rayon Polis idarəsinə, Yol Polis xidmətinin əməkdaşlarına minnətdarlığımızı bildiririk.