Gənc Xilasedicilər və Yanğınsöndürənlərimiz

31.01.2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhəri Gənclər və İdman Baş idarəsinin rəhbərliyi ilə “Gənc Xilasedicilər və Yanğınsöndürənlərin Bakı şəhər zona birinciliyi oyunları keçirildi. Yarışda məktəbimizin komandası Nizami rayonunu yüksək səviyyədə təmsil etmişdir. Komanda iştirakçıları çeviklik və böyük əzm göstərərək Qəbələ şəhərində baş tutacaq final oyunlarında iştirak etmək hüququ qazanmışdır. Şagirdlərimizin peşəkarlıq səviyyəsi münsiflər heyəti tərəfindən alqışlanmış və Azərbaycan Respublikasının generalı Məhərrəm müəllim komandamıza və hərbi rəhbərimizə xüsusi təşəkkür edərək onlarla xatirə şəkli çəkkdirmişdir. Bu qüruru məktəbimizə yaşatdığı üçün şagirdlər üzərində böyük zəhməti olan Hərbi rəhbərimiz Mübariz müəllimə və onun komandasına təşəkkür edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi