Futbol yarışında 2-ci yerin qalibi olduq

25 may 2017-ci il tarixdə, məktəbimizin 2005-2006-cı il təvəllüdlü şagirdlərdən ibarət futbol komandası Bakı şəhəri üzrə keçirilən mini futbol turniri üzrə 2-ci yerə layiq görülmüşlər. Gənc futbolçularımız final mərhələsində Binəqədi rayonunun komandasına 4:3 hesabı ilə məğlub olmuşlar. Xatırladaq ki, məktəbimizin komandası rayon mərhələsində bütün rəaqib komandaları məğlub edərək 1-ci olmuşdular və nəticədə Bakı şəhəri mərhələsinə adlamışdılar.