Məktəbimizin növbəti uğuru

25.05.2017-ci il tarixində Nizami Kino mərkəzində Respublika Fənn olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Məktəbimizin şagirdləri də qaliblər sırasındadır. 11-ci sinif şagirdi Səlimov Kamal biologiya fənnindən III, 9-cu sinif şagirdi Osmanova Aytac Azərbaycan dili fənnindən III yerə layiq görülmüşdür. Məktəbimizin 7-ci sinif şagirdi Qasımov Yusif isə riyaziyyat fənni üzrə I zona mərhələsində 100 faizlik nəticə verərək həvəsləndirici mükafata layiq görülmüşdür. Şagirdlərimizi məktəbimizin müəllim və şagird kollektivi adından təbrik edirik. Uğurlarınız bol olsun.