“Ayın tədqiqatçı bioloqlar məktəbi” nominasiyasının qalibi olduq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində ötən ayın qalibləri məlum olub. “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu üzrə Bakı şəhərindəki ümumi təhsil məktəblərinin fəaliyyəti təhlil edilib. “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu üzrə Bakı şəhərindəki ümumi təhsil məktəblərinin fəaliyyəti təhlil edilib və müvafiq meyarlar üzrə “Ayın tədqiqatçı bioloqlar məktəbi” nominasiyasında 201, 220, 283 nömrəli məktəblər I, 5, 102, 258 nömrəli məktəblər II, 110, 149 və 186 nömrəli məktəblər III yerə layiq görülüblər. Layihə üzrə müəyyənləşdirilmiş mövzuların reallaşdırılması baxımından məktəbimizdə müxtəlif fəaliyyətlər həyata keçirilmişdir. Layihə çərçivəsində məktəblilərin biologiya müəllimlərinin rəhbərliyi ilə ekskursiyaları təşkil edilib. Birincilik münasibətilə məktəbimizin bütün kollektivini təbrik edir və bu işdə böyük zəhməti olan biologiya müəllimlərimizə xüsusi təşəkkür edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi