VII sinif şagirdləri Zoologiya muzeyində oldular

Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyini öyrənmək və bu istiqamətdə tədqiqat işi apamaq üçün məktəbimizin 7 ci sinif şagirdləri zəngin ekspozisiya fonduna malik Zooloji muzey ve laboratoriya ile tanış oldular.Muzeyin müdiri b.ü.f.d Səbinə Bünyatova sərgilənən növlərdən Dağıstan turu, köpgər, qaban, cüyür, Sibir dağ keçisi, ceyran, xallı maral kimi cütdırnaqlılar dəstəsinə aid olan növlərin yayıldığı biotoplar, yüksək dağlıq ərazilərdə yayılan növlərdəki morfoloji və fizioloji uyğunlaşmalar, onların hazırki sayı, qorunması üçün görülən təbdirlər haqqında şagirdləri ətraflı məlumatlandırdı.Həmçinin, hansı növ quşların Azərbaycan ərazisində yuvalamaq və qışlamaq üçün miqrasiya etdikləri, hansı quşların isə oturaq həyat tərzi keçirdiyini şagirlərə ətraflı şəkildə izah etdi.Sonda şagirdlərimiz protozoologiya laboratoriyasında mikroskopun köməkliyi ilə siçovulların bağırsaq yaxmalarından alınmış preparatlarda parazit qurdlar və onların yaydiği xəstəliklər üzərində tədqiqat işi apardılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi