Şagirdlərimiz Azərbaycan Dillər Universitetində oldular

10.05.2017-ci il tarixində məktəbimizin yuxarı sinif şagirdləri Azərbaycan Dillər Universitetinin qonağı oldular. Universitetin rəhbərliyi şagirdlərlə görüş təşkil etdi. İlk öncə şagird və müəllim kollektivi Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib onun büstü önünə gül dəstələri qoydular. Daha sonra universitetlə tanışlıq məqsədilə şagirdlər sinif otaqlarını gəzdilər və buradakı dərs prosesi ilə əyani tanış oldular. Şagirdlərə burada yerləşən American Business Center haqqında məlumat verildi və onlar universitetin kitabxanasında oldular. Ümid edirik ki, bu görüş şagirdlərimizin gələcək seçimlərinə müsbət təsir edəcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi