İngilis dili fənnindən açıq dərs

Məktəbimizin inglis dili müəllimi Gözəl Əliyevanın 7z sinifində “Art and Creativity” bölməsindən “Dance, Dance, Dance” mövzusunda açıq dərsi keçirilmişdir. İKT imkanlarından istifadə etməklə müasir dərs verilən tələblər əsasında qurulmuş və dərs çox uğurlu alınmışdır. Təlim tapşırıqlarının problemin həllinə istiqamətləndirilməsi və şagirdlərin potensialına uyğunluğu dərsi daha da maraqlı etdi. Dərsdə qiymətləndirmə meyarlarının düzgün müəyyən edilməsi şagirdlərin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsinə imkan yaratdı. Dərs prosesində şagirdlər böyük həvəslə mövzu ətrafında diskussiya və sual-cavabda iştirak etdilər, mütəlif səpgidə hazırlanmış tapşırıqları yerinə yetirdilər. Dərsdə müxtəlif məktəblərdən dəvət edilmiş müəllimlər iştirak etdilər və müzakirə zamanı dərsin çox uğurlu alinmasını qeyd etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi