Şagirdlərimiz istixanada oldular

Məktəbimizin 7 ci sinif şagirdlərindən ibarət “Tədqiqatçı bioloqlar” komandası yüksək məhsuldar tərəvəz bitkiləri və onların müxtəlifliyini öyrənmək məqsədilə Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən istixanalarla tanış oldular.Şagirdlərimizi sahədə qarşılayan fermer uzunluğu 40-50m olan istixanada becərdiyi badımcan, pomidor və bibər şitilləri ilə onları məlumatlandırdı. İstixananın aqrotexniki qaydaları ilə tanış olan şagirdlərimiz sonda şitillərin düzgün suvarılma rejimini, üzvi gübrə və peyin şirəsinin verilməsini, temperaturun tənzimlənməsi və ölçülməsini, həmçinin xəstəlik və zərərvericilərə qarşı dərman preparatlarını çiçəklərin üzərinə çiləyərək tədqiqat işlərini həyata keçirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi