"İdman uşaqların gözü ilə" adlı rəsm müsabiqəsi keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Voleybol Federasiyası məktəblilərin voleybol festivalı çərçivəsində ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin yetirmələri arasında “İdman uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi keçirmişdir. Keçirilən müsabiqədə yüksək yaradıcılıq qabiliyyəti nümayiş etdirdiyinə görə məktəbimizin şagirdləri Məmmmədova Dəniz Ziya qızı I yerə və Əkbərova Ayan Ramin qızı III yerə layiq görülərək diplomla təltif olunmuşlar. Şagirdlərimizi təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.