Şagirdlərimizin oftalmoloqla görüşü

Məktəbimizin biologiya müəllimi Məhərrəmova Aynurə özünün dərs dediyi 8z və 8y sinif şagirdlərinin anatomiya fənninə maraqlarını nəzərə alaraq "Gözün daxili quruluşu" mövzusunu tədris edərkən məktəbə CƏRRAH-OFTALMOLOQ Cümşüdova Əsməri dəvət etdi. Dərs prosesində həkim onlara gözün daxili quruluşunu maket üzərində izah etdi ; görmə qüsurlarının yaranması və aradan qaldırılma yollarını öz iş təcrübələrindən yığılmış video çarxlarla nümayiş etdirdi. Dərsin sonunda cərrah göz məşqlərini şagirdlərlə birgə edərək, onlara gözlərini qorumağı tövsiyyə etdi. Cərrah-oftalmoloqun gəlişi şagirdlərdə tibb elminə marağı daha da artırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi