Məktəbimizin fəal şagirdləri

Bundan sonra sizi mütəmadi olaraq məktəbimizin fəal şagirdləri ilə tanış edəcəyik. Rubrikamızın ilk iştirakçıları Qocayevlər ailəsinin üzvləridir. Qocayeva Afeliya Etibar qızı məktəbimizin 11h sinif şagirdidir. O, dərslərində fəal olmaqla yanaşı, dərsdənkənar fəaliyyətlərdə də çox aktivdir. Məktəbin bir çox tədbirlərində- Daun sindromlu uşaqların reabilitasiya mərkəzində keçirilən ,”20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş “Azadlığa gedən yolun zirvəsi” və digər təbdirlərdə aparıcı olmuşdur. Dəfələrlə inşa müsabiqələrinin, layihələrin iştirakçısı olmuş, TED-lər hazırlamışdır. Bundan əlavə gözəl əl işlərinin sahibidir. “Yeni Üfüq” milli irsinin loqosunu parça üzərinə tikib birliyə təqdim etmiş və əl işlərindən ibarət sərgi təşkil etmişdir. Qocayev Fuad isə 8x sinif şagirdidir. O, Ekoloji aylıqlar çərçivəsində “Alternativ enerji” sahəsində “Ayın ən maraqlı ideyası”nın müəllifidir. eTwinning layihəsində yüksək fəallıq göstərdiyi üçün sertiikata layiq görülmüşdür. Bundan əlavə Fuad istedadlı dizayner və fotoqraf kimi məktəbimizdə geniş fəaliyyət göstərir. Məktəb rəhbərliyi bu fəaliyyətləri yüksək qiymətləndirərək onlara tərifnamə təqdim etmişdir. Qocayevlər ailəsinə belə istedadlı övladlar yetişdirdiyi üçün təşəkkür edirik.