“Oxu günü” tədbirində məktəbimizin təqdimatı

Bu gün "Heydər Əliyev Mərkəzi"ndə "Oxu günü tədbiri keçirildi.Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliyə marağının artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır. Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva bildirib ki, Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk günlərdən bir çox kitabları nəfis şəkildə nəşr etdirməyi öz prioritet istiqamətlərindən biri kimi seçib.Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibəyli, Xalq yazıçısı Çingiz Abdullayev, “Hədəf Nəşrləri”nin baş direktoru Şəmil Sadıqov çıxış etmişdir.“Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunan “Oxu günü”ndə paytaxtın ümumi təhsil məktəb və liseylərinin şagirdləri təqdimatlarla çıxış ediblər.Tədbirdə məktəbimizin şagirdləri və müıllim kollektivi də hazırladıqları bədii kompozisiyanı təqdim etmişlər.Bu performans qonaqların xüsusi marağına səbəb olmuşdur. 220 saylı məktəbin bütün kolllektivinə təşəkkürlər.